[b]Aleksandr Çertoqanov “Neftçi”yə “ilişdi”[/b]
14.12.2014 - 22:37
[b]Aleksandr Çertoqanov “Neftçi”yə “ilişdi”[/b]

“Komandamız əks-hücumlarda yaxşı oynadı. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov deyib.

 

Topaz Premyer Liqasının XVI turu çərçivəsində “Neftçi”nin qonağı olan “Sumqayıt” fasiləyə hesabda üstün yollansa da, ikinci hissədə kobud səhvlərlə yadda qaldı. Nəticədə qonaq komanda paytaxtdan əliboş qayıtdı – 3:2.

 

Oyun haqda danışan komandanın təcrübəli oyunçusu kobud səhvlər üzündən məğlub olduqlarını deyib: “Neftçi” qol epizodu yaratmadı. Biz kobud səhvlərə yol verdik və uduzduq. Bir sözlə, rəqibin aktivinə yazılan qolların hamısı bizim onlara “hədiyyə”miz oldu”.

 

Çertoqanov bu cür səhvlərin təcrübəsizliklə heç bir bağlılığının olmadığını da vurğulayıb: “Hansı təcrübəsizlikdən danışırsınız? Müdafiədə yer alan futbolçuların əksəriyyəti təcrübəli futbolçulardı. Hətta müxtəlif vaxtlarda yığmanın da formasını geyiniblər. Yalnız Cəmili istisna edirəm. Çünki onun ilk oyunu idi. Yəqin ki, baş məşqçimiz səhvləri analiz edəcək. Necə olur ki, iki qol vururuq, amma heç nədən üçünü buraxırıq?”