[b]Aleksis Sançez Konfederasiyalar Kubokunun tarixinə düşdü[/b]
22.06.2017 - 22:36
Konfederasiyalar Kuboku – 2017-nin B qrupu çərçivəsində baş tutan Almaniya – Çili matçında hesabı açan Aleksis Sançes turnirin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, çilili hücumçunun vurduğu qol yubileylə əlamətdar olub.
Belə ki, “Arsenal”ın “vinger”i Konfederasiyalar Kubokunun 400-cü qolunun müəllifi olub.
Qeyd edək ki, hazırda davam edən oyunda Çili millisi 1:0 hesabı ilə qalib gəlir.
0
0