[b]Alleqri “Yuventus”la bağlı qərarını verdi[/b]
06.06.2017 - 10:15
[b]Alleqri “Yuventus”la bağlı qərarını verdi[/b]

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin taleyinə aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis “qoca sinyora”da qalmağı qərara alıb.

 

PSJ-dən sərfəli təklif alan 50 yaşlı çalışdırıcı “Yuve” ilə yeni müqavilə bağlayaraq, söz-söhbətlərə son qoyub. Yeni sazişə görə, Alleqri 2020-ci ilin yayına qədər A seriyasının çempionunun “sükanı arxası”nda olacaq.

 

Qeyd edək ki, Massimiliano Alleqri 2014-cü ildən “Yuventus”u çalışdırır.