Almaniya və Argentina milliləri arasında final oyununu idarə edəcək hakimin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, matç italiyalı hakim Nikola Ritsolloya tapşırılıb.
Finalın Avropa və Cənubi Amerika komandaları arasında baş tutacağı nəzərə alındığından, çoxları matçın asiyalı hakimə tapşırılacağını gözləyirdi. Amma FİFA-nın hakim komissiyasının sədri Cim Boys ən yaxşı matçlara ən yaxşı hakimlərin təyin olunduğunu vurğulayıb: “Finalı italiyalı hakim idarə edəcək”.
Ritsolli dünya çempionatında İspaniya-Hollandiya (1:5), Nigeriya-Argentina (2:3) və Argentina-Belçika (1:0) matçlarını idarə edib.