DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Almaniya – Azərbaycan matçının biletləri satışa çıxarılıb. Apasport.az-ın Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, oktyabrın 8-də baş tutacaq oyunun bilet qiymətləri 4 kateqoriya üzrə müəyyənləşib.
Belə ki, Kayzerslauterndəki qarşılaşmanı izləmək istəyən azarkeşlər 25 avrodan 80 avroya qədər 4 müxtəlif qiymətə bilet əldə edə bilərlər.
6 yaşdan aşağı uşaqlar üçün biletin qiyməti 10 avrodu. 7 yaşdan yuxarı uşaqlar, tələbələr və yaşlılar üçün qiymətlərdə 50 faiz endirim edilib. Həmçinin əlillər, görmə qabiliyyəti zəif olanlar və onları müşayiət edən insanlar da 10 avro xərcləməli olacaqlar.
Qeyd edək ki, sona 2 tur qalmış C qrupunda Almaniya 24 xalla 1-ci, Azərbaycan isə 10 xalla 3-cü pillədə qərarlaşıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”