Azərbaycanın gənclərdən ibarət milli komandasının və “Neftçi” klubunun qapıçısı Emil Balayevin “Ayntraxt”a transferi Almaniyada da böyük əks-səda doğurub. Apasport.az saytının məlumatına görə, Almaniya KİV-də bu transferə geniş yer verilib və Balayevin ünvanına təriflər yağdırılıb.
Emil Balayevin dünənki mətbuat konfransındakı fikirlərinə də yer verən həmkarlarımızın fikrincə, 20 yaşlı qolkiper Bundesliqada özünü sübut edəcək səviyyədədi. Onun bir müddət Frankfurt klubunda baxışda olduğu və məşqçilər korpusu tərəfindən bəyənildiyi də xüsusi qeyd edilib. Ən diqqətçəkəni isə “Şaaf “Ayntraxt”ın qapısını etibarlı əllərə təhvil verir” sərlövhəli başlıq idi.
Qeyd edək ki, Emil Balayev noyabrın 26-dan dekabrın 12-nə kimi “Ayntraxt”ın düşərgəsində baxışda olub və klub tərəfindən bəyənilərək transfer edilib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı