17 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün elit-raundunun püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 28 komanda 7 qrupa bölünüb.
Azərbaycan millisi VII qrupda yer alıb. Yığmamız Almaniya, İrlandiya və İslandiya ilə mübarizə aparacaq. Oyunların harada keçiriləcəyinə hələlik aydınlıq gəlməyib.
Bu mərhələnin matçları 2018-ci ilin yazında keçiriləcək. Yalnız qrup qalibləri final mərhələsinə yüksələcək. AVRO-2018-in final mərhələsi mayın 9-21-də Litvada keçiriləcək.
Qeyd edək ki, millimiz seçmə mərhələdə İslandiya (0:2), İspaniya (0:3) və Monteneqro (1:1) ilə eyni qrupda mübarizə aparıb və 3-cü yeri tutub.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı