Almaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 5-də Şimali İrlandiya, 3 gün sonra Azərbaycanla qarşılaşacaq Bundestimin baş məşqçisi Yoahim Löv 23 futbolçuya dəvət göndərib.
Manuel Noyer zədəli olduğu üçün Bundestimdən kənarda qalıb. Sami Xedira və Məsut Özil də Azərbaycanla oyuna çağırılmayıb.
Qapıçılar: Bernd Leno (“Bayer”), Mark Andre Ter-Ştegen (“Barselona”, İspaniya), Kevin Trapp (PSJ, Fransa)
Müdafiəçilər: Jerom Boatenq, Coşua Kimmix, Mats Hummels, Niklas Süle (hamısı “Bavariya”), Matias Ginter (“Borussiya” D.), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Marvin Plattenhardt (“Herta”), Antonio Rüdiger (“Çelsi”, İngiltərə)
Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Əmrə Can (“Liverpul”, İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Leon Qoretska (“Şalke”), Toni Kroos (“Real” Madrid, İspaniya), Tomas Müller, Sebastian Rudi (hər ikisi “Bavariya”), Amin Yunes (“Ayaks”, Hollandiya), Leroy Sane (“Mançester Siti”, İngiltərə)
Hücumçular: Lars Ştindl (“Borussiya” M.), Sandro Vaqner (“Hoffenhaym”), Timo Verner (“Leypsiq”)
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”