“İrlandiyanın bizdən uzaqlaşmamağı üçün qarşıdakı hər iki matçda mütləq qələbə qazanmalıyıq”. Apasport.az saytı xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Almaniya millisinin baş məşqçisi Ştefan Kunts deyib.
AÇ-2019-un seçmə mərhələsi çərçivəsində noyabrın 9-da yığmamızın qonağı olacaq Almaniyanın gənclər millisi ayın 14-də İsraillə səfərdə üz-üzə gələcək.
Almaniya Futbol İttifaqının rəsmi saytına açıqlama verən Kunts qrupdakı vəziyyətlərini düzəltmək üçün qələbə qazanmaqdan başqa yollarının olmadığını söyləyib. O, rəqiblərin müqayisəsini də aparıb: “Azərbaycan və İsraillə qarşılaşmalarda qalibiyyətin məcburi olduğunu futbolçularımız yaxşı başa düşürlər. Bu səbəbdən hər iki oyunda bütün gücümüzü ortaya qoyacağıq. Önümüzdə iki çətin tapşırığın olduğunu bilirik. Azərbaycan ötən ay Kottbusdakı məğlubiyyətin əvəzini çıxmaq üçün öz meydanında daha inamlı oynayacaq. Ancaq yenə də İsraili daha güclü rəqib hesab edirəm”.
Qeyd edək ki, 5-ci qrupda yer alan Almaniya yığması 3 oyunda 6 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider İrlandiya 4 matçda aktivinə 10 xal yazdırıbsa, Azərbaycan millisi keçirdiyi 3 oyunun hamısında meydanı məğlub tərk edib.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək