Avropa Liqasının qrup mərhələsinin statistik göstəriciləri məlum olub. Apasport.az saytının məlumatına görə, mübarizəni dayandıran “Qarabağ” bir neçə maraqlı məqamla yadda qalıb.
Ən çox ötürmə verən futbolçular arasında Ağdam klubunun üzvü də var. Belə ki, kapitan Rəşad Sadıqov qrup mərhələsi ərzində 292 ötürmə verməklə ilk “10-luğ”a düşüb. 10-cu yeri tutan Rəşadın 254 ötürməsi dəqiq olub ki, bu da 87% deməkdi. Sıralamaya 344 ötürmə ilə “Olborq”lu Rasmus Vürts başçılıq edib.
“Qarabağ”ın heyətində ən çox kobudluq edən oyunçu Maksim Medvedev olub. Müdafiəçi 14 dəfə rəqibləri kobudluqla dayandırıb. Qrup mərhələsində ən çox kobudluğa məruz qalan oyunçulardan biri isə Riçard Almeydadı. Braziliyalı yarımmüdafiəçi 19 dəfə “Qarabağ”a cərimə qazandırıb və bu baxımdan o, 3-cü yeri bölüşüb. Təmsilçimizin digər üzvü Qara Qarayev isə 16 dəfə kobudluğa məruz qalıb.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının F qrupunu 6 xalla 3-cü pillədə bitirib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı