[b]Almeyda “Qarabağ”dan gedir: Türkiyə və ya İtaliyaya[/b]
11.05.2018 - 12:01
[b]Almeyda “Qarabağ”dan gedir: Türkiyə və ya İtaliyaya[/b]

 “Qarabağ” ciddi itki ilə üzləşə bilər. Apasport.az saytının məlumatına görə, komandanın aparıcı futbolçusu Riçard Almeyda ölkəmizi tərk etməyə hazırlaşır.

 

29 yaşlı braziliyalı yarımmüdafiəçi 6 ildi şərəfini qoruduğu “Qarabağ”dan ayrılmağa qərar verib. O, artıq bu barədə meneceri və klub rəsmilərini də məlumatlandırıb.

 

Avropanın bir neçə ölkəsində oynamaq variantı olan Almeyda İtaliya və Türkiyədən aldığı konkret təklifləri müsbət dəyərləndirmək istəyir. Bu, yarımmüdafiəçinin daha güclü çempionatda çıxış etmək arzusu ilə bağlıdı.

 

Qeyd edək ki, Riçard 2012-ci ildən şərəfini qoruduğu “Qarabağ”la 5 dəfə Azərbaycan çempionu və 3 dəfə ölkə kubokunun qalibi olub. 2017-ci ildə milliləşdirilən yarımmüdafiəçi Azərbaycan yığmasında keçirdiyi 8 qarşılaşmada 1 qol vurub.