[b]Amerikada futbolçu güllələnərək öldürüldü[/b]
11.04.2016 - 09:58
[b]Amerikada futbolçu güllələnərək öldürüldü[/b]

Amerikan futbolçusu Uill Smit qətlə yetirilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hadisə Nyu-Orlean şəhərində baş verib.

 

35 yaşlı futbolçunun idarə etdiyi avtomobil qarşısındakı maşını arxadan əzib. Bundan sonra Smitlə digər avtomobilin sürücüsü arasında mübahisə baş verib. Özündən çıxan digər sürücü silahla Smiti vurub. Amerikalı futbolçu yerindəcə dünyasını dəyişib. Avtomobildə olan onun həyat yoldaşı isə ayağından yaralanıb və dərhal xəstəxanaya aparılıb. Smitin qatili hadisədən dərhal sonra saxlanılaraq həbs edilib.

 

Qeyd edək ki, Uill Smit 2010-cu ildə “Super Boul” çempionu olub.

0