[b]Anar Salmanov: Baxarsız, tezliklə hakimliyə qayıdacam![/b]
11.02.2015 - 13:37
[b]Anar Salmanov: Baxarsız, tezliklə hakimliyə qayıdacam![/b]

“Hazırda işim universitetdə dərs keçməkdən ibarətdi. Amma bu o demək deyil ki, hakimliklə qurtardım. Hər şey özümdən asılıdı. İstəsəm, hakimliyə qayıda bilərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Anar Salmanov deyib.

 

Azərbaycan çempionatından uzaqlaşdırılan, ardınca FİFA referiliyindən məhrum edilən Salmanovun yenidən sevimli peşəsinə qayıtmaq ehtimalı var. Ölkə başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məktub ünvanlayan Salmanov Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdan narazılığını çatdırıb. Onun fikrincə, tezliklə vəziyyət onun xeyrinə dəyişə bilər: “46 yaşım yoxdu ki, hakimlikdən gedim. 34 yaşım var və hələ uzun müddət hakimlik edə bilərəm. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məktub ünvanlamışam. Xaqani Məmmədovun mənə qarşı qərəzli olduğunu və bu səbəbdən kənarda qaldığımı çatdırmışam. Baxarsız, tez bir zamanda hakimliyə qayıdacam. Mən buna inanıram”.

 

Qeyd edək ki, 2003-cü ildən Azərbaycan çempionatının oyunlarına təyinat alan Anar Salmanov 2010-14-cü illər ərzində FİFA referisi adını daşıyıb.