Topaz Premyer Liqası klublarının əvəzedici heyətlərinin çempionatına və I divizionun oyunlarına təyinat alan referi və referi köməkçiləri üçün təlim-məşq toplanışı start götürüb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu gün başlanan toplanış yanvarın 23-dək davam edəcək.
Hakimlər bu müddətdə Bakıda, “Əlincə” İdman Kompleksində məşq edəcəklər. Toplanışda iştirak edən hakimlərin siyahısı da açıqlanıb. Maraqlıdı ki, sabiq FİFA referisi Anar Salmanov I diviziona təyinat alacaq hakimlərin siyahısında da artıq yer almayıb.
Referilər: Anar Niyazov, Fərid Məmmədov, Nail Nağıyev, Vüsal Əliyev H., Rövşən Rəcəbov, Kərim Kərimov, Namiq Bəkirov, Rauf Allahverdiyev, Elgün Hüseynov, Alik Yunusov, Sərxan İsmayılov, Tağı Məmmədov, Elçin Qasımov, Tahir Əhmədov, Vüqar Həsənli, Yuliya Qurbanova, Sədaqət Vəliyeva, Yusif Hüseynov
Referi köməkçiləri: Elşən Acalov, Elman Kərimov, Elxan Əsgərzadə, Cəmil Quliyev, Kamran Qədirov, Tural Bayramov, İlkin Arzumanov, Ruslan Quliyev, Hüseyn Əsgərov, Eyyub İbrahimov, Ruslan Nəsibov, Səbuhi Əmrahov, Nəsimi Abbasov, Şakir Quliyev, Teymur Teymurov, Səbuhi Soltanov, Rəşadət Cəfərov, Elçin Əsədov.
Qeyd edək ki, Topaz Premyer Liqasına təyinat alan hakimlər və köməkçi hakimlər hazırda Antalyada təlim-məşq toplanışındadı.