[b]Anar Salmanov necə yadda qaldı?[/b]
15.12.2014 - 13:27
[b]Anar Salmanov necə yadda qaldı?[/b]

Azərbaycanlı hakim Anar Salmanovun FİFA referisi kimi fəaliyyəti 5 il sürüb. Apasport.az saytının məlumatına görə, 2010-cu ildən beynəlxalq dərəcəsi alan ədalət təmsilçisi üçün 2014-cü il bu statusda sonuncu olub.

 

Artıq növbəti ildən beynəlxalq matçlara təyinat almayacaq 34 yaşlı referi UEFA-nın hakimlər üçün 2-ci kateqoriyasına daxil idi. O, FİFA hakimi kimi 5 il ərzində 25 qarşılaşmada fit çalıb.

 

Salmanov 2010-cu il martın 19-da U-17-lərin Avropa çempionatının elit-raundunda baş tutan Avstriya – Finlandiya qarşılaşmasında (3:3) beynəlxalq hakim kimi debüt edib. Onun son belə matçı da U-17-lər arasında olub. Bu il sentyabrın 30-da seçmə mərhələnin Latviya – Yunanıstan qarşılaşmasında (0:0) ədaləti həmyerlimiz qoruyub.

 

Sabiq FİFA referisinin idarə etdiyi görüşlərin ikisi U-21, dördü U-17, səkkizi U-19-ların iştirakı ilə baş tutub.

 

O, millilər səviyyəsində İspaniya və Səudiyyə Ərəbistanı arasında yoldaşlıq matçını (5:0) idarə edib. Bundan başqa, onun hesabında 2 seçmə oyunu - AVRO-2012-də Belarus – Lüksemburq (2:0), DÇ-2014-də Çexiya - Malta (3:0) da var.

 

6 avrokubok qarşılaşmasında söz sahibi olan hakim Çempionlar Liqasında 1, Avropa Liqasında 5 görüşdə ədaləti qoruyub. Bu matçların hamısı təsnifat mərhələlərində olub.