“Milan”, “Real” və “Bavariya”nın sabiq baş məşqçisi Karlo Ançelotti karyerasını Rusiyada davam etdirə bilər. Apasport.az saytının RMC-yə istinadən məlumatına görə, italiyalı mütəxəssisin adı “Lokomotiv” və “Zenit”lə birgə hallanır.
Ançelotti Turində “Lokomotiv” rəsmiləri ilə görüşüb. Moskva klubu yeni mövsümdən etibarən 58 yaşlı mütəxəssisi komandanın başına gətirmək istəyir.
“Lokomotiv”in prezidenti İlya Qerkus “Zenit”ə keçəcəyi təqdirdə, Ançelottinin Sankt-Peterbuq klubu ilə müqavilə imzalamaq ehtimalı da var.
Daha öncə Ançelottinin İtaliya millisini çalışdıracağı irəli sürülsə də, son məlumatlara görə, o, klub karyerasını davam etdirmək qərarına gəlib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı