Karlo Ançelotti İtaliya yığmasının “sükanı arxası”na keçə bilər. Apasport.az-ın “Corriere dello Sport”a istinadən məlumatına görə, təcrübəli mütəxəssis “Skuadra Adzurra”nın baş məşqçi postuna əsas namizəddi.
O, dünən İtaliya Futbol Federasiyasının nümayəndələri Roberto Fabritsini və Alessandro Kostakurta ilə görüşərək, bu məsələni müzakirə edib. Tərəflər arasında hətta ilkin razılığın əldə olunduğu da vurğulanıb. Yalnız maliyyə məsələsi müzakirə olunmayıb. Mənbə 59 yaşlı mütəxəssisin rəsmi müqaviləyə imza atmağa çox yaxın olduğunu yazıb. Federasiya ona “Bavariya”dakı illik məvacibindən az - 5 milyon avro maaş ödəmək fikrindədi.
Ançelottinin əsas tələbi məşqçi korpusunu özünün müəyyənləşdirməsidi. O, oğlu Davide Ançelotti, həmçinin sabiq yetirmələri Andre Pirlo və Massimo Ambrozinini özü ilə aparmaq niyyətindədi.