[b]Ançelottinin ilk transfer hədəfi odu[/b]
02.06.2018 - 14:33
[b]Ançelottinin ilk transfer hədəfi odu[/b]

PSJ-nin qolkiperi Alfonso Areolya karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, “Napoli” onunla yaxından maraqlanır.

 

“Napoli”nin yeni baş məşqçisi Karlo Ançelotti fransalı qapıçı ilə əlaqə saxlayıb və onu komandasında görmək istədiyini nəzərinə çatdırıb. Areolyaya 4 milyon avro məvaciblə 4 illik müqavilə təklif olunub.

 

Qeyd edək ki, Pepe Reynanın komandadan ayrılmasının ardından neapollular qolkiper axtarışlarını davam etdirirlər. Daha öncə “Sportinq”in qapısını qoruyan Ruy Patrisionun adı “Napoli” ilə hallansa da, Mauritsio Sarrinin komandadan ayrılması bu ehtimalların üstündən xətt çəkmişdi.