“Barselona” Andres İnyestadan şad xəbər alıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin zədəsi gözləniləndən daha tez sağalıb.
Kapitanın 3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilsə də, o, artıq komanda ilə məşqlərə başlayıb. İnyestanın adı Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” ilə bu gün keçiriləcək cavab matçının iştirak ərizəsinə salınıb.
Baş məşqçi Ernesto Valverde ehtiyac duyacağı halda oyunçu meydana çıxa biləcək.
Qeyd edək ki, “Barselona” – “Çelsi” görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında Londonda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi