“Özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm. Daha bir neçə il futbol oynaya bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun sabiq futbolçusu Andrey Kristea deyib.
Bu ay “Munisipial” klubu ilə 1 il 6 aylıq müqavilə imzalayan rumıniyalı hücumçu ölkəsinin mətbuatına geniş müsahibə verib.
Bir neçə il öncə Rumıniyanı tərk etməsindən danışan Kristea Azərbaycandakı karyerasını da yada salıb.
O bildirib ki, vaxtilə Rumıniyanı tərk etməsi ölkə futbolundakı xoşagəlməz vəziyyətlə bağlı olub: “Mən Rumıniyadan gedəndə ölkə futbolu çətin dönəmini yaşayırdı. Klubların federasiya ilə problem yaşadığı, futbolçuların 5-6 ay maaş ala bilmədikləri mövsümü unuda bilmirəm. Görünən odu ki, həmin çətinliklər hələ də qalmaqdadı. Amma “Munisipial”dakı vəziyyətimdən razıyam”.
Kristea legioner həyatı yaşadığı ölkələrdə isə bu cür problemlərlə rastlaşmadığı deyib: “Ölkə xaricində başqa qaydalardı. Orda pullarını alacağına dair zəmanət verilir. Sevinirəm ki, karyeram ərzində mənim də legioner həyatı yaşamaq imkanım olub. Bunun hesabına Almaniya, İtaliya və Azərbaycan kimi ölkələri görə bildim. Almaniyada məşqlərə, İtaliyada isə qidalanmaya daha çox fikir verilir. Bizdə isə hər şey başqa cürdü. Ümid edirəm ki, Rumıniya futbolu da yavaş-yavaş Avropanın digər ölkələrindəki kimi olacaq”.
Qeyd edək ki, “Qəbələ”yə rumıniyalı çalışdırıcı Dorinel Muntyanunun vaxtında transfer edilmiş Kristea “qırmızı-qaralar”da özünü yaxşı tərəfdən göstərə bilməmişdi.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”