[b]Anrinin əvəzinə “Qəbələ”li[/b]
12.07.2016 - 19:42
[b]Anrinin əvəzinə “Qəbələ”li[/b]

“Arsenal” tarixinin ən yaxşı bombardiri Tyerri Anri gənc komandanın (U-18) baş məşqçisi vəzifəsindən ayrılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb keçmiş hücumçunun Arsen Vengerlə arasında olan anlaşmazlıqdır.

 

Belə ki, fransız mütəxəssis keçmiş yetirməsinin həm “SKY Sport”da şərhçi, həm də komandada məşqçi kimi çalışmasının mümkünsüz olduğunu bildirib. Belə olan halda isə Tyerri kanalda çalışmağı üstün tutub.

 

BBC-nin iddiasına görə, ondan boşalan vakant posta hazırda “Qəbələ” klubunun futbol direktoru olan Toni Adamsın keçəcəyi gözlənilir.

0