Ölkə çempionatının XIII turu “Qarabağ”ın futbolçusu Ansi Aqolli üçün əlamətdar olub. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, albaniyalı müdafiəçi Azərbaycan birinciliyində yubiley – 200-cü matçını keçirib.
35 yaşlı legionerin yubileyi “Zirə” ilə səfər qarşılaşmasına (3:2) təsadüf edib. 2010/11 mövsümündən “Qarabağ”da çıxış edən Ansi ölkəmizdə yalnız bir klubda çıxış edib. Nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla keçirdiyi 200 oyunun hamısına “Qarabağ” formasında çıxan müdafiəçinin hesabında 3 qol var.
Qeyd edək ki, Ansi Azərbaycan çempionatlarında 200 və daha çox oyun keçirən 7-ci legionerdi.
|
Mövsüm |
oyun |
qol |
|
2010/11 |
31 |
0 |
|
2011/12 |
31 |
1 |
|
2012/13 |
27 |
1 |
|
2013/14 |
34 |
1 |
|
2014/15 |
25 |
0 |
|
2015/16 |
24 |
0 |
|
2016/17 |
21 |
0 |
|
2017/18 |
7 |
0 |
|
Cəmi |
200 |
3 |
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı