[b]Antonio Konte istefa verir...[/b]
10.12.2014 - 10:09
[b]Antonio Konte istefa verir...[/b]

2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığması yenidən baş məşqçisiz qala bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb “Skuadra Adzurra”nın çalışdırıcısı Antonio Kontenin istefa vermək niyyətinə düşməsidi.

 

DÇ-2014-ün final mərhələsindən sonra bu posta təyin olunan mütəxəssis yerli futbol federasiyası və klublarla arasındakı anlaşılmazlıq üzündən belə addım atmaq istəyir. Konte yoxlama görüşü öncəsi toplanışın daha uzun sürməsi üçün klubların futbolçularını tez buraxmasının zəruriliyini düşünür. Mütəxəssis hesab edir ki, milli naminə belə addım atılmalıdı.

 

Dekabrın 16-da Kontenin yığmadakı taleyinə böyük ölçüdə aydınlıq gəlməlidi. Həmin gün mütəxəssis klub məşqçiləri ilə görüşəcək. Əgər burada qənaətbəxş nəticə alınamsa, Konte postundan ayrılacaq.

 

Qeyd edək ki, Kontenin rəhbərlik etdiyi İtaliya yığması Azərbaycanla oktyabrın 10-da keçirilən oyunda 2:1 hesabı ilə qalib gəlib.