[b]Apasport.az birləri qoşalaşdırdı[/b]
05.03.2018 - 00:00
[b]Apasport.az birləri qoşalaşdırdı[/b]

Bu gün apasport.az saytı üçün əlamətdar gündü. Bədən Tərbiyəsi və İdman Günü olan 5 mart tarixində saytımız ad gününü qeyd edir.

 

Azəri-Press Agentliyinin (APA) törəmə müəssisələrindən olan apasport.az artıq 11 ildi fəaliyyət göstərir. Saytımız Azərbaycanın ilk və yeganə idman agentliyi kimi, 2007-ci ildə fəaliyyətə başlayıb. İlk ilindəcə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilən apasport.az Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yayır, idman ictimaiyyətinin aparıcı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

 

Saytda böyük turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər və fotosessiyalarla tanış olmaq mümkündü.

 

Apasport.az saytının 11 illik fəaliyyətinə ən yaxşı qiyməti dəyərli oxucularımız verərlər. İdmanımızın uğurları bizim də uğurumuzdu. Bunların sayının çox olmasını arzulayır və bunun üçün əlimizdən gələni edirik.