Dünyanın ən az qol buraxan klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, müxtəlif ölkələrin fərqli liqalarında keçirilən çempionat matçlarında etibarlı müdafiəsi ilə öyünən komandaların adları məlum olub.
APOEL (Kipr) keçirdiyi 11 qarşılaşmada 2 top buraxmaqla, bütün klublara nümunədi. Ada təmsilçisi orta hesabla hər oyunda 0,18 qol buraxır.
İkinci pillədə Yunanıstanın aşağı dəstə təmsilçisi “Kalloni” yer alıb. 10 matçda iki dəfə üzülən Ellada təmsilçisinin orta göstəricisi 0,20-di.
Ümumilikdə 3-cü, yüksək liqa klubları arasında 2-ci yer isə “Bavariya”ya məxsusdu. Almaniya Bundesliqasında 13 görüşə 3 top buraxan münhenlilər hər matçda 0,23 dəfə üzülür.
4-cü yerdə Macarıstan çempionatını təmsil edən “Fehervar”dı. 0,31-lik göstəriciyə malik klub 16 qarşılaşmada 5 qol buraxıb.
Dünyada 5-ci, yüksək liqa təmsilçiləri arasında 4-cü yerdə isə Azərbaycan klubu yer alıb. Topaz Premyer Liqasında 12 görüşdə qapısında 4 qol görən “İnter”in 0,33-ə bərabər olan orta göstəricisi “bankirlər”i nəhənglər sırasına salıb.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək