“Bilirdik ki, çox çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.
Bu gün “Gənclik şəhəri” təmsilçisi Topaz Premyer Liqasının V turunda səfərdə “Bakı” ilə qarşılaşıb. Görüş 1:2 hesabı ilə qonaqların xeyirinə başa çatıb.
Matçdan sonra “Sumqayıt”ın gənc çalışdırıcısı qazanılan qələbəyə şərh verib: “Döyüşən komandaya qarşı oynadıq. İlk hissədə komandamdan razı qalmadım. İkinci hissədə isə toparlandıq və lazımi nəticəni əldə etdik. Bu oyunda azarkeşlərin də dəstəyini hiss elədik. Oyunun gedişində zədə alan Slavik Alxasovun vəziyyəti ciddi deyil. Yaxın günlərdə komandaya qoşulacaq”.
Mənbə: pfl.az