[b]Aqil Nəbiyev özünə komanda tapdı[/b]
02.12.2014 - 13:13
[b]Aqil Nəbiyev özünə komanda tapdı[/b]

“Araz Naxçıvan”ın Topaz Premyer Liqasında çıxışını dayandırmasından sonra komandanın daha bir futbolçusu özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, millimizin sabiq müdafiəçisi Aqil Nəbiyev AZAL-la anlaşıb.

 

32 yaşlı futbolçu “təyyarəçilər”lə danışığı artıq yekunlaşdırmaq üzrədi. Çox güman ki, qarşıdakı kubok və çempionat oyunundan sonra Aqilin AZAL-a qayıdışı rəsmiləşəcək.

 

Qeyd edək ki, Nəbiyev 2006-2013-cü illər ərzində AZAL-ın şərəfini qoruyub və uzun müddət bu komandanın kapitanı olub.