[b]Aquero avtomobil qəzasına düşdü[/b]
29.09.2017 - 11:30
[b]Aquero avtomobil qəzasına düşdü[/b]

“Mançester Siti”nin hücumçusu Serxio Aquero avtomobil qəzasına düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hadisə Hollandiyada baş verib.

 

Argentinalı forvardın kolumbiyalı müğənni Malumanın konserti üçün Hollandiyaya getdiyi vurğulanır. Konsertin ardından İngiltərə qayıtmaq üçün avtomobillə hava limanına gedən futbolçu yolda qəza törədib.

 

Ulduz futbolçunun idarə etdiyi avtomobil dirəyə çırpılıb. Olaydan sonra Aquerronun qabırğası sındığından 2 ay meydana çıxa bilməyəcək.

0