“Mançester Siti” Serxio Aqueronun Avropada son klubu olacaq. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu karyerasını vətəni Argentinada davam etdirmək fikrindədi.
Bununla bağlı açıqlama verən Aquero “Mançester Siti” ilə yeni müqavilə bağlamayacağını söyləyib: “Həmişə demişəm ki, karyeramı “İndependiente” klubunda tamamlamaq istəyirəm. Qərara gəlmişəm ki, “Mançester Siti” ilə müqaviləm başa çatan kimi vətənə qayıdım. Argentinaya zəif formada dönmək istəmirəm”.
Qeyd edək ki, Aqueronun “Mançester Siti” ilə müqavilə müddəti 2019-cu ilə qədərdi. Həmin vaxt isə onun 31 yaşı olacaq.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı