“Ziyarətə gedəcəyimi yazıblar. Amma bu, yalan məlumatdı”. Apasport.az saytı xəbər verir ki, bu sözlər “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayevə məxsusdu.
Azərbaycan yığmasının üzvünün yeni ili Kərbəla ziyarətində qarşılayacağı xəbəri çox keçmədən təkzib edilib.
Özünün “facebook” səhifəsində məsələyə münasibət bildirən Abdullayev heç yerə getmək fikrində olmadığını vurğulayıb: “Kərbəla torpağına ayaq basmaq sözsüz ki, gözəldi. Ancaq mən elə söz deməmişəm. Yeni ili ailəmlə birlikdə Bakıda qeyd edəcəm. Sadəcə yazdım ki, bunu oxuyanlar Bakıda məni görəndə başqa cür fikirləşməsinlər”.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Araz Abdullayev qısa “Panionios” macərasını saymasaq, hələlik yalnız “Neftçi”nin formasını geyinib.