[b]Araz Abdullayevin komanda yoldaşını “Liverpul” istəyir[/b]
09.01.2018 - 17:48
[b]Araz Abdullayevin komanda yoldaşını “Liverpul” istəyir[/b]

Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Anortosis” klubu bir futbolçusunu İngiltərəyə göndərə bilər. Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Famaqusta klubunun müdafiəçisi Şexu Abdullahi Premyer Liqa klublarının maraq dairəsinə düşüb.

 

Belə ki, “Liverpul” və “Everton” Nigeriya millisinin üzvünün çıxışını bəyənib. Adıçəkilən komandalar 25 yaşlı oyunçu ilə danışıqlara da start veriblər. Liverpul komandaları universallığı ilə diqqət çəkən Şexunu mövsümün sonunda heyətə qatmağı planlaşdırırlar. Çünki futbolçunun klubu ilə müqavilə müddəti yayda başa çatacaq. Premyer Liqa komandaları ilə yanaşı, Çempionşipdə mübarizə aparan “Birmingem” də Şexunu transfer etmək istəyir.

 

Qeyd edək ki, Şexu Abdullahi 2016-cı ildən “Anortosis”də çıxış edir.