[b]Araz Abdullayevin komandası qalib gəldi[/b]
11.02.2018 - 21:09
[b]Araz Abdullayevin komandası qalib gəldi[/b]

Kiprin I Divizionunda XXIV tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

 

Famaqusta təmsilçisi “Olimpiakos Nikosiya” səfərinə yollanıb. Görüş qonaqların 0:3 hesablı qələbəsi yekunlaşıb.

 

Uzun müddətdi zədə səbəbindən meydana çıxa bilməyən Araz matça ehtiyat oyunçular skamyasında başlayıb və 63-cü dəqiqədə meydana daxil olub. 

 

Qeyd edək ki, 24 oyundan sonra aktivində 50 xal olan “Anortosis” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.