[b]Araz Abdullayevin qolu "Anortosis"ə xal qazandırdı[/b]
25.11.2017 - 23:26
[b]Araz Abdullayevin qolu "Anortosis"ə xal qazandırdı[/b]

Kipr çempionatında XIII tura start verilib. Apasport.az saytı xəbər verir ki, yığmamızın üzvü Araz Abdullayevin çıxış etdiyi "Anortosis" klubu növbəti matçını keçirib.

 

Kollektiv öz meydanında AEL ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə nəticələnib.

 

Start heyətində meydana çıxan Araz 68-ci dəqiqədə əvəzlənib. Komandasının qoluna məhz Abdullayev imza atıb. Həmyerlimiz 12-ci dəqiqədə hesabı açsa da, ev sahibləri bu üstünlüyü sona qədər qoruya bilməyiblər.

 

Qeyd edək ki, hazırda aktivində 27 xal olan "Anortosis" turnir cədvəlində birinci pillədə qərarlaşıb.