[b]Araz komandasına kömək edə bilmədi[/b]
25.10.2017 - 21:19
[b]Araz komandasına kömək edə bilmədi[/b]

Kipr çempionatında IX turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti oyununu keçirib.

 

Famaqusta təmsilçisi doğma meydanda “Pafos”u qəbul edib. Görüşdə hesab açılmayıb.

 

Matçda start heyətində başlayan Araz 55-ci dəqiqədə komanda yoldaşı Karlitosla əvəzlənib.

 

Qeyd edək ki, 9 oyundan sonra aktivində 19 xal olan “Anortosis” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.