[b]Arazın fəallığı "Anortosis"ə qələbə qazandırdı[/b]
07.01.2018 - 20:55
Kiprin I Divizionunda XIX tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.
Famaqusta təmsilçisi doğma meydanda AEK-lə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Araz matça start heyətində başlayıb və 90-cı dəqiqədə əvəzlənib. O sarı vərəqə almaqla yanaşı, qarşılaşmadakı qolların yaranmasında da fəal iştirak edib.
Qeyd edək ki, 19 oyundan sonra aktivində 40 xal olan “Anortosis” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
0
0