“Atletiko”nun futbolçusu Arda Turan müqavilə müddətinin sonuna qədər klubunu tərk etməyəcək. Apasport.az saytı xəbər verir ki, bunu Madrid klubunun prezidenti Enrike Serezo deyib.
O, İspaniya mətbuatına açıqlamasında türkiyəli yarımmüdafiəçi üçün sərfəli təkliflər aldıqlarını etiraf edib: “Amma biz heç birinə “hə” cavabını vermirik. Arda şəxsən mənə anlaşmasının sonuna qədər burda qalacağına söz verib. Arda istəmədiyi müddətdə heç kim onu sata bilməz. O, komandanın liderlərindən biridi. Oyunu ilə bizi də heyrətləndirir. Çempionluq yolunda ona inamımız çox böyükdü”.
Qeyd edək ki, Arda Turanın “Atletiko” ilə müqavilə müddəti 2017-ci ilin yayına qədərdi.