Çempionlar Liqasının yeni mövsümünün daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində Qazaxıstanı yenə “Astana” təmsil edəcək.
Stanimir Stoilovun baş məşqçisi olduğu komanda ardıcıl 4-cü qızıl medalı son turda əldə edib. Junior Kabananqanın 51-ci və 90-cı dəqiqələrdəki qolları ilə “Akjayık”ı 2:0 hesabı ilə məğlub edən astanalılar zirvədəki mövqeyini qoruyub.
Mövsümü 79 xalla başa vuran çempion ən yaxın izləyicisi “Kayrat”ı 1 xal qabaqlayıb. “Aktobe”ni 3:2 hesabı ilə məğlub edən Almatı təmsilçisinin çempionluq arzusu gerçəkləşməyib.
Qeyd edək ki, “Astana” 2014-cü ildə qazandığı ilk çempionluğu sonrakı 3 mövsümdə də əldən verməyib.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək