Bakının “Keşlə” klubu Premyer Liqada ardıcıl 4-cü dəfə quru hesabla məğlub olub. Apasport.az saytının məlumatına görə, bu seriyadakı ilk üç məğlubiyyətini “İnter” adı altında alan paytaxt təmsilçisi bu gün “Keşlə” kimi debütündə “Kəpəz” qarşısında aciz qalıb.
VI turda “Zirə” ilə heç-heçə edən (1:1) “İnter” sonrakı üç turda xala həsrət qalmışdı. “Neftçi” və “Qarabağ”a eyni – 0:2, “Səbail”ə 0:1 hesabı ilə uduzan Zaur Svanadzenin komandası “Kəpəz”lə qarşılaşmada qol və xal həsrətini davam etdirib.
Qeyd edək ki, son xalını sentyabrın 23-də qazanan komanda 35 gündü məğlubiyyətdən qaça bilmir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi