Gələn il dünya çempionatına ev sahibliyi edəcək Rusiya yığması Argentina ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, matçın biletləri bu gündən satışa çıxarılıb.
Yenidənqurma işlərindən sonra “Lujniki” stadionunda keçiriləcək ilk görüş noyabrın 11-nə təsadüf edəcək.
Rusiya Futbol İttifaqının kommersiya direktoru Vladimir Karpoviç Cənubi amerikalılarla oyunda tribunaların tam dolmasını gözlədiklərini bildirib: “Oyuna ən ucuz bilet 750 rubldu (22 manat). “Lujniki” stadionu 78 min azarkeş qəbul etməyə hazırdı. Hər şey bilet satışından asılı olacaq. Ancaq biz stadionun tam dolmasını gözləyirik”.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi