Ukrayna yığmasının Argentina millisi ilə yoldaşlıq matçı keçirmək istəyi baş tutmayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, buna tərəflərin maliyyə məsələsində razılığa gələ bilməməyi səbəb olub.
Belə ki, noyabrın 11-də Rusiya ilə qarşılaşacaq argentinalılara Ukrayna Futbol Federasiyası da həmin ay yoxlama görüşü keçirmək təklifi edib. Qarşı tərəf bunun müqabilində ukraynalılardan 1 milyon dollardan çox pul istəyib. Nəticədə federasiya rəhbərlikləri arasında gedən danışıqlar baş tutmayıb.
Bir müddət əvvəl Argentina Futbol Federasiyanın AFFA-ya yoldaşlıq görüşü keçirmək təklifini göndərdiyi açıqlanmışdı. Lakin assosiasiya rəhbərliyi cənubi amerikalıların istəyini geri çevirmişdi.
Qeyd edək ki, Argentina millisi yayda Rusiyada keçiriləcək dünya çempionatına son anda vəsiqə qazanıb.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi