[b]Arif Əsədov “Sumqayıt”a qalib gəldikləri üçün şaddı[/b]
28.02.2015 - 18:36
[b]Arif Əsədov “Sumqayıt”a qalib gəldikləri üçün şaddı[/b]

“Sumqayıtda oynamaq həmişə çətin olur. Bu gün də çətinliklə üzləşdik. Buna baxmayaraq, futbolçular sona qədər döyüşdülər. 3 xalı qazandığımız üçün şadam”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Çalışdırıcı Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb. O, həmçinin Ernest Nforun “18-lik”də yer almamasına da aydınlıq gətirib: “Bir neçə matçdır ki, süni meydançalarda oynayırıq. Ağırdı. Lakin gec də olsa, qol vurduq. Biz öz oyunlarımızı oynamalı və mübarizə aparmalıyıq. Nfora gəldikdə, onun zədəsi var. Futbolçu sabahdan etibarən məşqlərə başlayacaq. Hazırda “Neftçi”də rəqabət mövcuddu. Futbolçuların hər birinə şans vermək niyyətindəyik”.