[b]Arif Əsədov: Belə oyuna şərh vermək çətindi[/b]
08.03.2015 - 18:05
“Belə oyuna şərh vermək çətindi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.
Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XXV turu çərçivəsində İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “İnter”ə 0:2 hesabı ilə məğlub olmalarına şərh verib: “Tam üstünlüyümüzlə keçən oyunda məğlub olduq. Gözlənilməz bir şəraitdə qol buraxdıq. “İnter”in iki hücumu oldu və onlar bundan maksimum yararlandılar. Biz isə şanslarımızdan istifadə edə bilmədik. Bütün bunlara baxmayaraq, həyat davam edir”. (pfl)
0
0