[b]Arif Əsədov: Bu transferlərlə problemi həll edəcəyik[/b]
27.12.2014 - 10:18
[b]Arif Əsədov: Bu transferlərlə problemi həll edəcəyik[/b]

“Bəzi mövqelərimizdə futbolçu qıtlığı var. İlk növbədə bu problemləri aradan qaldırmağa çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

O bildirib ki, qış transfer dönəmində heyətdə ciddi dəyişikliklər edilməyəcək: “Mövsümün əvvəlindən heç cür tam heyətlə hansısa oyuna hazırlaşa bilmədik. Gah qırmızı vərəqələrə, gah 4 “sarı”ya görə cəzalı duruma düşənlər, gah da zədəlilər olurdu. Bütün mövqelərdə alternativlərin olması rəqabətin artmasına yol açır. “Neftçi” həmişə olduğu kimi, yenə yerli futbolçularla güclənməyə çalışacaq. Ümumiyyətlə, qış fasiləsində çox oyunçu transfer etmək çətin məsələdi. 2-3 yerli oyunçu almaqla problemi həll edəcəyimizi düşünürəm”.

 

Qeyd edək ki, “Neftçi” artıq Cavid İmamverdiyev, Rauf Əliyev və Rəhman Hacıyevi heyətinə qatmağa çox yaxındı.

 

Ruslan SADIQOV