[b]Arif Əsədov: Müəyyən qədər yorğunluq hiss olunurdu[/b]
18.01.2015 - 15:14
[b]Arif Əsədov: Müəyyən qədər yorğunluq hiss olunurdu[/b]

“Bu günkü rəqibimiz daha ciddi idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.

 

Təcrübəli çalışdırıcı ötən gün Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində "Kayseri Ərciyəsspor"la keçirilən yoldaşlıq görüşündən sonra klubun saytına fikirlərini bildirib: “Bu da bizim üçün əlavə bir stimuldu. Oyuna gəldikdə isə komanda özünü yaxşı tərəfdən göstərdi. Komanda birinci hissədə daha yaxşı oynadı. Müəyyən qədər yorğunluq hiss olunurdu. Amma hazırlığın sonuna kimi komanda heyət baxımından optimal vəziyyətdə olacaq”.

 

Qeyd edək ki, "Neftçi" "Kayseri Ərciyəsspor"la 0:0 hesablı heç-heçəyə razılaşıb.