[b]Arifə bir heç-heçə...[/b]
09.02.2015 - 10:03
[b]Arifə bir heç-heçə...[/b]

Sabah Topaz Premyer Liqasında XXI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, əyalətdə başlayacaq tur ertəsi gün paytaxtda keçiriləcək 3 qarşılaşma ilə başa çatacaq.

 

Həftənin ilk matçında Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Qəbələ” ilə “Simurq” üz-üzə gələcək. Bu komandaların cari mövsümdə baş tutan hər iki oyunu qonaq komanda üçün uğurlu alınıb. Lakin bu görüşə komandalar fərqli əhval-ruhiyyədə çıxacaqlar. 2015-ci ildə qol buraxmayan, 4 oyundu uduzmayan “Simurq”un rəqibi son matçında evdə AZAL-a məğlub olub.

 

Turun ikinci oyun günü autsayderlərin dueli ilə başlayacaq. Ardıcıl 4 məğlubiyyət alan “Bakı” 10 matçlıq qələbə həsrətinə son qoymağa çalışacaq. Bakılıların cari mövsümdə məğlub edə bilmədiyi “Sumqayıt” da 4 oyundu qələbə nə olduğunu bilmir.

 

2015-ci ildə xal itirməyən iki komandanın dueli isə “AZAL Arena”da baş tutacaq. Son 4 görüşdə meydanı qolsuz, 2 oyunda isə qələbəsiz tərk etməyən AZAL “Qarabağ”ı qəbul edəcək. Cari mövsümdə çempiona 2 dəfə uduzan Tərlan Əhmədovun yetirmələri avrokubok iddiasını sonadək davam etdirmək niyyətindədi. Ağdamlılar isə “İnter”in istirahət etdiyi turda ən yaxın izləyicisindən daha da uzaqlaşmaq üçün qalib gəlməlidi.

 

Tura “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”la yekun vurulacaq. Cənub təmsilçisində heyətlə bağlı islahatlardan sonra prinsipial rəqiblərin dueli əvvəlki kimi maraq kəsb etmir. Buna baxmayaraq, əyalət klubu 2015-ci ildə ilk xalını məhz “ağ-qaralar”dan almaq əzmindədi. Liderdən uzaq düşməklə çempionluq şanslarını itirməkdə olan “Neftçi” üçün növbəti xal itkisi baş məşqçi Arif Əsədovun istefası ilə nəticələnə bilər.

 

XXI tur 

10 fevral (çərşənbə axşamı)

 

17:00. “Simurq” – “Qəbələ”

İlk 2 dövrədəki oyunlar: 1:2, 3:2

Zaqatala şəhər stadionu

 

11 fevral (çərşənbə)

 

14:00. “Bakı” – “Sumqayıt”

İlk 2 dövrədəki oyunlar: 1:2, 1:1

“Bakı”nın təlim-məşq bazasının stadionu

 

15:00. AZAL – “Qarabağ”

İlk 2 dövrədəki oyunlar: 0:3, 1:2

“AZAL Arena”

 

16:00. “Neftçi” – “Xəzər Lənkəran”

İlk 2 dövrədəki oyunlar: 1:0, 2:2

“Bakcell Arena”

 

 

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

17

11

4

2

33-18

37

2

İnter

18

8

9

1

28-8

33

3

Neftçi

17

7

6

4

20-14

27

4

Simurq

18

7

4

7

27-22

25

5

AZAL 

17

6

5

6

21-26

23

6

Qəbələ

18

5

7

6

21-25

22

7

Xəzər L 

18

5

5

8

23-24

20

8

Sumqayıt

17

4

4

9

19-27

16

9

Bakı

18

2

4

12

14-42

10