“Arsenal”ın baş məşqçisi Arsen Venger üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasının XVIII turu çərçivəsində KPR-lə matçda qazananılan qələbə fransalı mütəxəssisin yubiley qalibiyyəti olub.
Belə ki, “topçular”ın 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada 65 yaşlı mütəxəssis 600-cü qələbəsinə sevinib.
Qeyd edək ki, Venger 1996-cı ildən "Arsenal”ı çalışdırır. Həmçinin, bu qələbə Premyer Liqa çərçivəsində Arsen üçün 400-cü olub. O, “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyussondan sonra “Dumanlı Albion”da ikici yerdə qərarlaşır - 528 qələbə.