[b]Asensio "Real"la müqaviləsini yenilədi[/b]
28.09.2017 - 21:06
[b]Asensio "Real"la müqaviləsini yenilədi[/b]

"Real" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb. Apasport.az saytı xəbər verir ki, Rafael Varanın sözləşməsinin müddətini uzadan "qalaktikos" Marko Asensionu da heyətində saxlamağa müvəffəq olub.

 

Razılaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayına qədər "Real"ın uğurları üçün çalışacaq. Madridlilər yeni müqavilədə istedadlı futbolçunun transfer qiymətinin 700 milyon avro olduğunu bildiriblər.

 

Qeyd edək ki, 2014-cü ildən "Real"ın formasını geyinən Marko Asensio bu komandanın heyətində 48 oyunda 14 qola imza atıb.