[b]Aslan Kərimov U-15 millisindən də ayrıldı[/b]
06.12.2014 - 18:45
[b]Aslan Kərimov U-15 millisindən də ayrıldı[/b]

“Əsas milliyə köməkçi məşqçi təyin olunmayacağımı gözləyirdim. Çünki görməli olduğum başqa işlərim var”. Bu sözləri apasport.az saytına açıqlamasında Berti Foqtsun dövründə onun köməkçilərindən olmuş Aslan Kərimov deyib.

 

Kərimov əsas yığmadakı işi ilə yanaşı, U-15 millimizin də baş məşqçisi vəzifəsində işləyir. Gənc mütəxəssis məhz bu üzdən Robert Prosineçki ilə çalışmayacağını bildirib: “Bu il U-15-in cəmi 4-5 toplanışı oldu. Bu səbəbdən də vaxtım var idi. Ancaq yanvardan etibarən U-16-ya rəhbərlik etməyə başlayacam. Yenə həmin futbolçularla işləyəcəm. Gələn il üçün U-16-nın 10 təlim-məşq toplanışını nəzərdə tutmuşuq. Eyni zamanda may ayında PRO lisenziyası almaq üçün kursa qatılacam. Belə vəziyyətdə nəyisə qurban verməli idim. İndiki vaxtda əsas yığmada işləməyim çətin olardı”.

 

Qeyd edək ki, Aslan Kərimov həm də C və B kateqoriyalı kurslara rəhbərlik edir.