Bu gün Topaz Premyer Liqasında IV dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, XXII turun ilk günündə iki qarşılaşma keçirilib.
Birinci oyun Gəncədə baş tutub. Çempionatın autsayderləri “Kəpəz”lə “Keşlə” xal hesablarını artırmaq üçün mübarizə aparıblar. Son 3 turda qələbə qazana bilməyən komandalar uğursuz seriyanı davam etdiriblər. Belə ki, tərəflər hərəyə 1 qolla aktivlərinə 1 xal yazdırıblar.
İlk oyun günü “Qarabağ”la “Səbail” arasındakı matçla yekunlaşıb. Çempionatın lideri Premyer Liqanın debütantını 4-cü dəfə məğlub etməyə nail olub. Ağdam təmsilçisi 3 xalı 1 cavabsız qolla aktivinə yazdırıb. Riçard Almeydanın penaltidən vurduğu top isə "Qarabağ"ın çempionatlar tarixində 1100-cü qolu kimi yadda qalıb. Qurban Qurbanovun yetirmələri məğlubiyyətsizlik seriyasını 14 matça çatdırıbsa, Samir Əliyevin kollektivi artıq 5 turdu qələbə nə olduğunu bilmir.
Azərbaycan Premyer Liqası
XXII tur
7 aprel (şənbə)
“Qarabağ” – “Səbail” - 1:0
Qol: R. Almeyda, 31 (pen.)
Mövsümün əvvəlki oyunları: 1:0, 2:0, 1:0
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
“Azərsun Arena”
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 24. Nihad Tamazov, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 77. Donald Qerye
Baş məşqçi: Qurban Qurbanov
“Səbail”: 1. Emil Balayev (k), 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 24. Ruslan Əmircanov, 26. Kamal Qurbanov, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 17. Vüqar Nadirov, 18. Aqşin Qurbanlı, 20. Eltun Yaqublu, 23. Ayron Stati, 98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
“Kəpəz” – “Keşlə” - 1:1
Qollar: Dario Federiko, 45 - Vaqif Cavadov, 25
Mövsümün əvvəlki oyunları: 2:3, 2:0, 0:1
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, İsgəndər Əliyev, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13.Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 91. Dario Federiko, 20. Tərzin Cahangirov, 7. Roman Hüseynov, 8. Samir Zərgərov, 9. İlkin Sadıqov, 24. Şadon Vinçester
Ehtiyat oyunçular: 1.Davud Kərimi, 55. Tərlan Qasımzadə, 5. Tural Nərimanov, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 21. Murad Səttarlı, 10. Tural Rzayev, 11. Kamran Abdullazadə, 6. Ceyhun Cavadov
Baş məşqçi: Yunis Hüseynov
“Keşlə”: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 14. Andre Klennon, 21. Herve Tçami, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 19. Pablo Podio,22. Məqsəd İsayev, 40. Nemanya Stoyanoviç, 39. Əlibəy Məmmədli, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov
Turnir cədvəli
1. |
Qarabağ |
22 |
16 |
5 |
1 |
32-8 |
53 |
2. |
Qəbələ |
21 |
12 |
4 |
5 |
35-21 |
40 |
3. |
Sumqayıt |
21 |
10 |
5 |
6 |
27-22 |
35 |
4. |
Zirə |
21 |
9 |
7 |
5 |
28-20 |
34 |
5. |
Neftçi |
21 |
9 |
3 |
9 |
26-22 |
30 |
6 |
Səbail |
22 |
5 |
3 |
14 |
14-31 |
18 |
7. |
Keşlə |
22 |
4 |
6 |
12 |
19-34 |
18 |
8. |
Kəpəz |
22 |
3 |
3 |
16 |
14-37 |
12 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) - 12 qol