[b]Avrokuboklar tarixinin “come-back”ları[/b]
06.04.2018 - 14:15
[b]Avrokuboklar tarixinin “come-back”ları[/b]

Avrokubok tarixində geridönüş (come-back) edən komandaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bəzi klublar təsnifat və pley-off mərhələlərindəki ilk görüşdə 3 və ya 4 cavabsız qol buraxdıqdan sonra da yoluna davam etməyi bacarıb.

 

Qitənin ən nüfuzlu klub turnirində son olaraq 1/4 final mərhələsi çərçivəsində “Mançester Siti” “Liverpul”la səfər matçında meydan sahiblərinin 3 qoluna cavab verə bilməyib. “Şəhərlilər”in mərhələ adlamaq şansları aşağı dəyərləndirilsə də, əksər mütəxəssislər Pep Qvardiolanın yetirmələrinin möcüzə edəcəyinə inanırlar.

 

 

Çempionlar Liqası

 

1. 1959-60 mövsümü, I mərhələ

“Kopenhagen” (Danimarka) – “Şalke” (Almaniya) 3:0, 2:5

 

2. 1985-86 mövsümü, yarımfinal

“Höteborq” (İsveç) – “Barselona” (İspaniya) 3:0, 0:3

“Barselona” penalti seriyası ilə finala yüksəlib.

 

3. 1988-89 mövsümü, I mərhələ

“Dinamo” (Berlin, Almaniya) – “Verder” (Almaniya) 3:0, 0:5

 

4. 1988-89 mövsümü, I mərhələ

“Nevşatel” (İsveçrə) – “Qalatasaray” (Türkiyə) 3:0, 0:5

 

5. 1992-93 mövsümü, I mərhələ

“Ştutqart” (Almaniya) – “Lids” (İngiltərə) 3:0, 0:3, 1:2

“Ştutqart” cavab oyununda 4:1 hesablı qələbə qazanmasına baxmayaraq, ikinci hissədə maksimum 3 legioner futbolçu oynatmaq tələbini pozduğu üçün texniki məğlubiyyət alıb. O vaxtkı qaydalara əsasən, III oyuna ehtiyac duyulub. Bu görüşdə isə “Lids” qalib gəlib.

 

6. 1993-94 mövsümü, I mərhələ

“Linfild” (Şimali İrlandiya) – “Kopenhagen” (Danimarka) 3:0, 0:4

 

7. 2016-17 mövsümü, 1/8 final

PSJ (Fransa) – “Barselona” (İspaniya) 4:0, 1:6

 

 

Avropa Liqası

 

8. 1975-76 mövsümü, II mərhələ

“İpsviç” (İngiltərə) – “Brügge” (Belçika) 3:0, 0:4

 

9. 1976-77 mövsümü, 1/4 final

“Kuinz Park Reyncers” (İngiltərə) – AEK (Yunanıstan) 3:0, 0:3

AEK penaltilər seriyası ilə yarımfinala vəsiqə qazanıb.

 

10. 1977-78 mövsümü, 1/8 final

“İpsviç” (İngiltərə) – “Barselona” (İspaniya) 3:0, 0:3

“Barselona” penaltilərlə mərhələ adlayıb.

 

11. 1984-85 mövsümü, 1/8 final

“Anderlext” (Belçika) – “Real” (İspaniya) 3:0, 1:6

 

12. 1987-88 mövsümü, II mərhələ

“Bröndbü” (Danimarka) - “Sportul” (Rumıniya) 3:0, 0:3

“Sportul” penaltilər seriyasında üstün olub.

 

13. 1987-88 mövsümü, 1/8 final

“Borussiya” (Dortmund, Almaniya) – “Brügge” (Belçika) 3:0, 0:5

 

14. 1990-91 mövsümü, 1/8 final

“Admira” (Avstriya) – “Bolonya” (İtaliya) 3:0, 0:3

“Bolonya” penaltilərlə mərhələni adlayıb.

 

15. 1999-2000 mövsümü, III mərhələ

“Lion” (Fransa) – “Verder” (Almaniya) 3:0, 0:4

 

16. 2013-14 mövsümü, 1/4 final

“Bazel” (İsveçrə) – “Valensiya” (İspaniya) 3:0, 0:5

0